Məşhur reperin restoranı yandı - VİDEO

21 Yanvar 2023 12:51

Rusiyada Moskvanın mərkəzində yerləşən "Frank By Basta" restoranında yanğın baş verib.

Milli.Az big.az-a istinadən bildirir ki, hadisənin videosu "Mash" teleqram kanalında paylaşılıb.

Məlumata görə, iaşə obyektinin sahiblərindən biri məşhur reper Bastadır.

Bildirilib ki, hadisəyə səbəb tavanın altındakı bəzək əşyalarının yanması olub. Belə ki, restorana gələnlərdən birinin ad günü olub. Onun şərəfinə zalda pirotexniki vasitələr yandırılıb. Yanğın onlardan bəzəklərə yayılıb.

Kanalın məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Görüntülərdə yanğının yanğınsöndürən balonla söndürüldüyü görünür.

Milli.Az