C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq istəyən şagirdlər üçün sınaq imtahanı keçirilib
21 Aprel 2012 17:25
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq istəyən şagirdlərə Gəncə şəhər İcra Hakimiyyətinin və Təhsil İdarəsinin təşəbbüsü ilə sınaq imtahanı keçirilib.
Sınaq imtahanı şagirdlərin qəbul imtahanlarına səmərəli hazırlaşmasına kömək məqsədilə təşkil olunub. İmtahana Gəncənin 46 məktəbinin 8 və 9-cu siniflərində oxuyan 180
şagird qatılıb. Hərbi liseylərə qəbul olmaq arzusunda olan gənclər Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən imtahan veriblər. 2 saat ərzində şagirdlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tətbiq etdiyi 80 suala cavab tapmalı olub.
Milli.Az