Nərgiz Cəlilova yenidən efirə qayıdır - VİDEO

21 Yanvar 2023 16:20

Məşhur aparıcısı Nərgiz Cəlilova yenidən ekrana qayıdır.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, 62 yaşlı televiziya ulduzu "Sözəbaxan" adlı verilişi təqdim edəcək. Cəlilovanın yeni proqramı isə AzTV-də yayımlanacaq.

Sözügedən layihənin anonsu Azərbaycan Televiziyasının rəsmi "YouTube" kanalında yayımlanıb.

Qeyd edək ki, Nərgiz Cəlilova 2015-ci ilin fevralında ölkənin ana televiziyasında "Sevilənlər" adlı portret verilişinin aparıcısı olub.

Milli.Az