Mehmet Ali Erbil hakim qarşısına çıxdı

21 Yanvar 2023 14:20

Tiktoker Ece Ronayla məhkəməsi davam edən aparıcı Mehmet Ali Erbilin 8 il 10 aya qədər həbsi istənilir.

Milli.Az olay-a istinadən xəbər verir ki,seksual qısnamada günahlandırılan Erbil hakim qarşısına çıxıb. O, aylıq gəlirinin 100 min türk lirəsi (təxminən 10 min manat ) olduğunu və ona qarşı oyun qurulduğunu deyib.

Qeyd edək ki, bu günlərdə vəziyyəti pisləşən Erbil xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az