“İşlədiyim heç bir şirkətdə bunu görmədim”

21 Yanvar 2023 18:40

Xalq artisti Murad Dadaşov nümunəvi addım atıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, rəhbəri olduğu Xəzər TV-də 20 Yanvar şəhidləri üçün ehsan verib. Belə ki, Dadaşov gün ərzində yeməkxanada nahar edən əməkdaşlarından ödəniş alınmamasını tapşırıb. Bu barədə sözügedən kanalda aparıcı olan Aytən Səfərova məlumat yayıb.

"Nahar etməyə getdim. Yemək götürdüm, kassaya keçdim. Məndən pul almadılar. Çünki 20 Yanvar şəhidlərinin ruhuna ehsandır. Çox təəccübləndim. Bu günə qədər işlədiyim heç bir şirkətdə bunu görmədim. Allah qəbul etsin, əziz Murad Dadaşov", - deyə, Səfərova bildirib.

Milli.Az