Genesis kripto birjası müflis oldu

21 Yanvar 2023 18:16

Kriptovalyuta birjası Genesis müflisliyinin tanınması üçün müvafiq quruma müraciət edib. Təşkilatın rəhbərliyi isə biznesini satmağa hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, maliyyə qurumu müştərilərə ödənişləri davam etdirə bilmir. Firmanın kreditorlara 3 milyard dollardan çox borcu var.

Şirkət rəhbərliyi uğursuzluğu kriptovalyuta sahəsindəki problemlərlə izah edir.

Qeyd edək ki, kriptovalyuta böhranı əvvəllər böyük FTX resursunun dağılmasına səbəb olub.

Milli.Az