Britni Spirs adını dəyişdi - FOTO

21 Yanvar 2023 17:49

Amerikalı müğənni Britni Spirs adını dəyişdiyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında xəbər verib.

Müğənni Marsın şəklini dərc edib və onun altında qərarını açıqlayıb.

"Mən öz adımı River Red olaraq dəyişdim!!!", - deyə ifaçı qeyd edib.

O, profil başlığında da adını dəyişib.

Milli.Az