Bakının Nəsimi rayonunda 75 yaşlı qadını avtomobil vurub.
Milli.Az "Report"a istinadən bildirir ki, 1948-ci il təvəllüdlü Hüseynova Rühəngiz Hürmüş qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətlərilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az