Rusiya rəsmiləri ilə UEFA arasında sanksiya müzakirəsi

21 Yanvar 2023 08:50

Rusiya Futbol İttifaqının rəsmiləri yanvarın 24-də UEFA-dan olan həmkarları ilə görüşərək Rusiya klublarının və komandalarının beynəlxalq turnirlərə qayıtması məsələsini müzakirə edəcəklər.

Bu barədə TASS məlumat yayıb.

"Yanvarın 24-də UEFA-nın ofisində RFİ və UEFA nümayəndələrinin görüşü nəzərdə tutulub. Görüşdə Rusiya klublarının və komandalarının beynəlxalq oyunlara qayıtması üçün potensial imkanlar müzakirə olunacaq", - məlumatda bildirilib.

Milli.Az