Polşadan Ukraynaya daha bir dəstək: Tank briqadası...

21 Yanvar 2023 08:40

Polşa yeni hərbi dəstək paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin tank briqadasına təlim keçməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.

"Biz martın sonuna qədər ukraynalı əsgərləri həm təchiz edə, həm də onlara təlim keçə biləcəyik", - nazir Tvitterdə yazıb.

Blaşçakın sözlərinə görə, Ukraynaya verilən T-72 tankları və piyada döyüş maşınları əvəzinə Polşa ordusu Koreyanın K-2 tankları və K-9 haubitsalarını alacaq.

Milli.Az