ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Rusiya ordusunun itkilərinin əhəmiyyətli dərəcədə artdığını bildirib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Milli bunu Almaniyanın Ramştayn şəhərində keçirdiyi brifinqdə deyib.
"Axırıncı dəfə mən rusların itkiləri barədə danışanda dedim ki, onların sayı 100 mini keçib. İndi deyəcəyəm ki, onlar itkiləri 100 min nəfəri əhəmiyyətli dərəcədə keçib. Rusiya hərbçiləri böyük itki veriblər. Söhbət nizami ordudan, "Vaqner" qrupunun muzdlularından və Rusiya Federasiyasının tərəfində vuruşan digər qüvvələrdən gedir" - deyə general bildirib.
"Rusiya səfərbərlik elan edib. 300 min insan toplamaq istəyirdilər. Məncə, 200-250 min arasında adam toplanıb", - deyə general əlavə edib.
Amerikalı komandir vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri də şəxsi heyət baxımından böyük itki verir.
Milli.Az