ABŞ “Vaqner”i transmilli cinayətkar təşkilat elan etdi

21 Yanvar 2023 07:05

"Maliyyə Nazirliyi Rusiyanın "Vaqner" özəl hərbi şirkətini "ciddi transmilli cinayət təşkilat" kimi təsnif edir".

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, ABŞ gələn həftə ona qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Kirbinin sözlərinə görə, təşkilata qarşı əlavə sanksiyalar da tətbiq edilə bilər.

Milli.Az