Məşhur futbolçu həbs olundu

20 Yanvar 2023 23:55

Barselona məhkəməsi eyniadlı futbol klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveşin zaminə buraxılmadan həbs olunmasına razılıq verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, gecə klubunda xanımlardan birinə cinsi təcavüz etməkdə günahlandırılır. İddia edilən hadisə dekabrın 30-da baş verib. Alveş iddiaları təkzib edib.

Qeyd edək ki, hazırda Alveş Meksikanın "Pumas" komandasında çıxış edir.

Milli.Az