ABŞ "Vaqner"ə sanksiya tətbiq edəcək

20 Yanvar 2023 23:52

ABŞ növbəti həftə Rusiyanın "Vaqner" qrupuna qarşı sanksiya tətbiq edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, Vaşinqton sözügedən qruplaşmanı beynəlxalq cinayətkar təşkilat olaraq tanıyır.

Milli.Az