3 nəfərin meyiti maşından tapılıb.
Milli.Az oxu24.com-a istinadən xəbər verir ki, Ankarada günorta saatlarında yol kənarında dayanan 06 Y 0820 dövlət nömrə nişanlı avtomobildən 3 nəfərin meyiti tapılıb.
Ölənlərin Mehmet Gökdemir, Satmış Koç və Qurban Duran olduğu müəyyən edilib.
İlkin müayinədə 3 nəfərin meyitində döyülmə izləri və ya kəsici-deşici alətlər aşkar edilməyib. Avtomobilin içərisində kəskin qaz qoxusu hiss edilib və çoxlu spirt şüşələri tapılıb.
Milli.Az