Afrikalı vaqnerçi Baxmutda öldürüldü

20 Yanvar 2023 20:35

"Vaqner" özəl hərbi şirkətin Tanzaniyadan olan muzdlusu Ukraynada öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Kavkaz.Realii" məlumat yayıb.

Tarimo Nemes adlı Tanzaniya vətəndaşı Rusiya universitetlərinin birində təhsil aldığı vaxt narkotik satışına görə həbs olunub. Daha sonra həbsxanada birbaşa "Vaqner"in sıralarına qoşulub.

31 yaşlı tanzaniyalı Baxmut yaxınlığında öldürülüb.

Milli.Az