Sumqayıtda GÜCLÜ YANĞIN - VİDEO

20 Yanvar 2023 19:20

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 6-cı mikrorayon, ev 16 ünvanında qeydə alınıb.

Yanğın binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində olub. Hadisə nəticəsində qeyri-yaşayış sahəsi tam yanıb, alov binanın ikinci mərtəbəsindəki 3 otaqlı mənzilə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Yanğın tam söndürülüb.

Milli.Az