Koronavirusa peyvəndləri qripə qarşı effektiv deyil

21 Yanvar 2023 18:05

"Koronavirusa qarşı vurulan peyvəndlər mövsümi qriplərə qarşı effektiv deyil".

Medicina.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib
Nazir bildirib ki, COVID-19 əleyhinə olan vaksinlər məhz həmin virus üçün idi.

"Əminliklə deyə bilərik ki, üç doza vaksin alanlar koronavirusun yeni yaranan ştamlarına qarşı qoruyuculuğa malikdirlər. Onlar yoluxsa belə, xəstəliyi yüngül keçirirlər".

Milli.Az