Laçın-Xankəndi yolundan RSK-ya məxsus daha 5 avtomobil keçib - FOTO

20 Yanvar 2023 09:14

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

Milli.Az xəbər verir ki, son bir saat ərzində Laçından Xankəndi istiqamətinə 5 minik avtomobili keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

Milli.Az