Qısqanc sevgili qan tökdü
13 May 2010 19:40
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, mayın 12-də Köçəsgər kəndində Bakı şəhər sakini Nəsimi Ellasxanov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu kənd sakini Şəhanə Mehdiyevanı bıçaqlayıb. Yaralı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində N.Ellasxanov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az