"Ukrayna üçün xoş xəbərlərim var"

20 Yanvar 2023 08:12

Litva Ukraynaya yeni müdafiə yardımı paketi ayırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Litvanın milli müdafiə naziri Arvidas Anusauskas Tvitter hesabında paylaşım edib.

O bildirib ki, gələcək dəstək paketinin ümumi dəyəri təxminən 125 milyon avro təşkil edir:

"Litvadan Ukrayna üçün xoş xəbərlərim var. Litvanın Ukrayna üçün yeni yardım paketi onlarla L-70 zenit silahı, sursat və iki Mİ-8 helikopterindən ibarətdir".

Milli.Az