"Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam"

20 Yanvar 2023 07:52

Niderland Krallığı Ukraynaya Leopard tanklarının tədarükü üçün pul ödəməyə hazırdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg"ə müsahibəsində müdafiə naziri Kaysa Ollonqren məlumat verib. Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində jurnalistin sualına "Əlbəttə, bunu etmək istərdik", - deyə cavab verib.

"Biz hamımız Almaniyanın bu məsələ ilə bağlı mövqeyinin açıqlanmasını gözləyirik. Baxmayaraq kİ, mən həll yolu tapmağa və Ukraynaya tanklar göndərməyə çalışmağın tərəfdarıyam", - deyə o əlavə edib.

Yanvarın 20-də Almaniyadakı Amerika Ramşteyn aviabazasında Qərb müdafiə nazirlərinin növbəti iclası keçiriləcək və orada Kiyevə əlavə yardım, ilk növbədə Almaniya istehsalı olan "Leopard" tanklarının təhvil verilməsi məsələsi müzakirə olunacaq.

Milli.Az