Aİ İrana qarşı sanksiyalar siyahısına 37 maddə əlavə edəcək

20 Yanvar 2023 07:21

Avropa İttifaqı (Aİ) bazar ertəsi İrana qarşı sanksiyalar siyahısına 37 maddə daxil edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölkənin bir sıra rəsmiləri insan hüquqlarını pozduqlarına görə sanksiya siyahısına salınacaqlar.

"Bazar ertəsi biz İrana qarşı dördüncü sanksiyalar paketini qəbul edəcəyik və hesab edirik ki, SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatları siyahısına daxil etmək üçün artıq beşinci sanksiyalar paketinin hazırlanmasına başlamalıyıq" , - Aİ-dəki mənbə bəyan edib.

Bildirilir ki, məhdudlaşdırıcı tədbirlər çərçivəsində SEPAH üzvlərinin Aİ-yə daxil olmasına icazə verilməyəcək və onların Avropa ölkələrindəki aktivləri dondurulacaq.

Milli.Az