Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO

20 Yanvar 2023 00:02

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

"20yanvar1990" haştaqı ilə edilən paylaşımda deyilir:

"20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Milli.Az