Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşü olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq münasibətlərinin olduğu qeyd edildi. Ölkələrimiz arasında turizm, investisiyalar və enerji sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Cənubi Qafqaz regionundakı vəziyyət barədə məlumat verdi, Ermənistanın müxtəlif yalan məlumatlar əsasında bir sıra beynəlxalq təsisatlarda Azərbaycana qarşı təbliğat apardığını qeyd etdi. Prezident İlham Əliyev, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolundakı vəziyyət barədə də Monteneqro Baş nazirinə məlumat verdi.
Dritan Abazoviç qeyd etdi ki, Monteneqro hər zaman Azərbaycanı dost ölkə hesab edir. Baş nazir Monteneqronun Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirdi.
Milli.Az