ABŞ-a xəbərdarlıq: Krıma zərbələr cavabsız qalmayacaq

20 Yanvar 2023 02:34

Rusiya qoşunları ABŞ və müttəfiqlərinin Ukraynaya tədarük etdiyi bütün silahları məhv edəcək və Krım da daxil olmaqla ölkə ərazisinə endirilən zərbələri cavabsız qoymayacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

"Bu, hamıya bəlli olmalıdır: ABŞ və ya NATO Zelenski rejiminə hansı silahları versə, biz onu məhv edəcəyik. Böyük Vətən müharibəsi illərində də belə idi, indi də belə olacaq", - Antonov bildirib.

Milli.Az