Göygöldə ailə faciəsi - 8 yaşlı qız öldü...

19 Yanvar 2023 09:54

Xəbər verdiyimiz kimi, Göygöl rayonunda ağır yol qəzası baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 354-cü kilometrliyində "KamAZ" markalı yük maşını ilə 1965-ci il təvəllüdlü, rayonun Hacıməlik kənd sakini Oruc Salmanovun idarə etdiyi "Opel Vectra" markalı minik avtomobili toqquşub.

Nəticədə "Opel Vecrta"da olan sərnişinlərdən biri, sürücünün nəvəsi, 2015-ci il təvəllüdlü Ləman Salmanova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü, onun həyat yoldaşı və gəlini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az