Zaqatalada avtomobil yanıb - VİDEO

19 Yanvar 2023 16:35

Zaqatalada minik avtomobili yanıb.

Milli.Az bildirir ki, ötən gün axşam saat 21:31 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində kənd sakini 1982-ci il təvəllüdlü İsmayılova Kişvər Fərhad qızına məxsus "Toyota Passo" markalı 90-ZB-746 nömrə nişanlı minik avtomobilində elektrik qısaqapanması nəticəsində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində avtomobil tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az