Hollivud ulduzu özünü "kislota"yla yandırdı

19 Yanvar 2023 12:27

Hollivud ulduzu Cerard Batlerin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor müsahibəsində "Qəza" filminin çəkilişləri zamanı təsadüfən üzünü fosfor turşusuyla (kislota) yandırdığını etiraf edib. O, çəkiliş meydançasında qarşısındakı mayenin nə olduğunu başa düşmədiyini bildirib:

"Turşu burnuma və boğazıma düşdü. Üzümü ovuşdurdum və hiss etdim ki, yanır. Bu yanğı saatlarla dava etdi".

Qeyd edək ki, ekran işinin Rusiyadakı premyerası yanvarın 26-da olacaq. Filmdə Toni Qoldvin və Mayk Kolter kimi məşhur aktyorlar da rol alıb.

Milli.Az