Müğənninin əri həbsxanada öldü - FOTO

19 Yanvar 2023 09:29

Türk müğənni Elif Karlıya ağır itki üz verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçinin həyat yoldaşı Cengiz Karlı həbsxanada vəfat edib. Yeddi aydır azadlıqdan məhrum olunan Karlı səhər saatlarında dünyasını dəyişib. Onun infartk keçirdiyi bildirilib.

Qeyd edək ki, 57 yaşlı iş adamı "Sarallar" adlı cinayətkar qrupun üzvü olmaqda ittiham edilərək həbs olunmuşdu.

Milli.Az