Qardan sonra torpaq sürüşməsi yaranıb - VİDEO

19 Yanvar 2023 10:45

Yanvar ayının ilk günlərində cənub bölgəsinə yağan qar sürüşmə zonalarını aktivləşdirib.

Bu dəfə torpaq sürüşməsi Lerik rayonunun Hamarmeşə kəndində baş verib.

Sürüşmə kənd sakini Rauf Əhmədovun və qonşusu Fərman Haşımovun həyətyanı sahəsində qeyd olunub. 

Daha ətraflı Xəzər televiziyasının videosujetində izləyə bilərsiniz:

Məhəmməd Quliyev
Milli.Az