Bakıda 63 yaşlı qadını avtomobil vurub

19 Yanvar 2023 08:56

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 63 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, 1960-cı il təvəllüdlü Əliyeva Sevda Həbulla qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az