Sabunçuda 38 yaşlı kişini avtomobil vurub

19 Yanvar 2023 08:47

Bakının Sabunçu rayonunda 38 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Əmrahov İlkin Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az