Xətai rayonunda 49 yaşlı qadını qonşuları döyüb

19 Yanvar 2023 08:59

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1974-cü il təvəllüdlü Piriyeva Dilşad İman qızı qonşuları tərəfindən döyülüb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az