Bakıda avtobus qəza törədib, xəsarət alan var - FOTO

19 Yanvar 2023 08:37

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Bakı Dairəvi yolunun Lökbatan dairəsi istiqamətində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu hərəkətsiz vəziyyətdə dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az