Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hava limanı istiqamətində qeydə alınıb.
"BMW" markalı minik avtomobili yük maşınına çırpılıb. Qəza nəticəsində "BMW"nin sürücüsü xəsarət alıb.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az