“Atam sağ olsaydı, faktları İranın ali rəhbərinə deyərdi” - İranın keçmiş Prezidentinin qızı

19 Yanvar 2023 08:23

"Haşimi Rəfsəncani bu gün olsaydı, kəkələmədən faktları İranın ali rəhbərinə söyləyərdi".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İranın keçmiş Prezidentinin qızı Fatimə Haşiminin bu sözləri "Azad İran" teleqram kanalında yayılıb.

O, atasının ölümündən 2 ay əvvəl ona qarşı sui-qəsd ehtimalı ilə bağlı xəbərdarlıqlar aldığını bildirib:

"Şübhəli məqamlar olmasına baxmayaraq, atamın ölüm işini bağlayıblar. Xalqa məhəl qoymayan hakimiyyət öz ziyanına işləyir. Müəyyən siyasi qrupun ələ keçirdiyi hökumət belə ölkənin problemlərini həll etməyib".

Milli.Az