Yeni hücum olacaq: Ukrayna sağ qalacaqmı?

18 Yanvar 2023 23:45

Artıq Ukraynaya göndərdiklərimiz kifayət deyil. Ukrayna bizim daha çox səyimizi tələb edir, biz onlara kömək etmək üçün səfərbər olmalıyıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın mümkün yeni hücumu səbəbindən Ukraynada vəziyyət kritik ola bilər:

"Vəziyyət ağırdır və yaxın aylarda, hətta həftələrdə bu müharibədə əsas məqam olacaq. Və bu an Ukraynanın sağ qalıb-qalmayacağını bizə göstərəcək".

Milli.Az