Filippində 7,3 bal gücündə zəlzələ olub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Yeraltı təkanların episentri Qərbi Davao əyalətinin Sarangani şəhərindən təqribən 352 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı Yerin 64 kilometr dərinliyində olub.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Milli.Az