Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25 nəfər yaralanıb - RƏSMİ

18 Yanvar 2023 19:01

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölənlərin sayı 14 nəfərdir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti rəsmi məlumat yayıb.

Ölənlərdən birinin uşaq olduğu bildirilib.

Yaralananlar isə 25 nəfərdir, onlardan 11-i uşaqdır.

Qəzanın baş verdiyi ərazidə xilasetmə işlərinin yekunlaşmaq üzrə olduğu vurğulanıb.

Milli.Az