Tiktokda polisləri təhqir edən gəncin saçını kim qırxıb? - FOTO

18 Yanvar 2023 15:30

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın saçının guya polis orqanlarında kəsilərək görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-a deyib ki, görüntülər polisin inzibati binasında çəkilməyib:

"Bu hansısa şəxsin və ya şəxslərin özfəaliyyətidir. Faktla bağlı araşdırma aparılır".

Daxili İşlər Nazirliyi (DİN) bu gün saçı qırxılmış halda fotosu yayılan şəxslə bağlı iddialara cavab verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, təqsirli bilinən şəxslər polis orqanına əlində telefonla gətirilmir:

"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyəti ilə çəkilib".

Qeyd edək ki, həmin şəxsin "TikTok"da polisi təhqir edib.

Milli.Az