"İffet": 28-ci seriya - VİDEO

22 Aprel 2012 09:35
Cəmil İffət və Əli İhsanı bağ evində gördükdən sonra hər şeyi buraxıb gedir. İffət söhbət edib həqiqəti açıqlamaq, Əli İhsanla aralarında heç bir şey olmadığını söyləmək üçün çalışır. Amma Cəmil onu dinləmir. İffət bir daha sevdiyi adamı itirmək düşüncəsinə dözə bilmir və Cəmili tapmaq üçün hər şeyi edir. Nəhayət, o, Cəmilin yerini öyrənir və yanına gedir. Lakin Cəmili yola gətirmək o qədər də asan olmur.

Sonda Cəmil inanır və İffətin Əli İhsanın yanına qayıtmasına icazə vermir. İffət üçün qərar anı gəlib. O, ya hər şeyi göz önünə alıb Cəmilin yanında qalacaq, ya da Cəmildən, sevgisindən vaz keçib əzab çəkməyə davam edəcək.
 
Digər tərəfdə isə Əli İhsanın nələr olduğunu anlaması uzun çəkmir. O, Cəmil və İffəti axtarmağa başlayır və tapır...

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.