18:21
Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı artıb.
APA "Tasnim"ə istinadən xəbər verir ki, Xoy şəhərində 5,4 bal gücündə baş verən zəlzələdə 120 nəfər xəsarət alıb.
-------
14:24
Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda hiss olunub.
Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkan yerli vaxtla saat 14:08-də Naxçıvan stansiyasından 90 km cənubda qeydə alınıb.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
Milli.Az