Lavrov: Zelenski ilə danışıqlardan söhbət gedə bilməz

18 Yanvar 2023 12:51

Biz Ukrayna ilə bağlı bütün ciddi təkliflərlərə baxmağa hazırıq.

Milli.Az bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, söhbət Zelenski ilə danışıqlardan gedə bilməz:

"Rusiya Qərbin danışıqlarla bağlı bütün ciddi təkliflərinə baxmağa hazırdır. Lakin hələlik ciddi təklif yoxdur".

Lavrov onu da bildirib ki, Qərblə yalnız Ukrayna ilə bağlı danışıqlar aparmaq mənasızdır.

Milli.Az