"Liverpul" İngiltərə kubokunda 3-cü turun cavab oyununa çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "mersisaydlılar" "Vulverhempton"la bu dəfə səfərdə üz-üzə gəliblər. İlk görüş 2:2 hesabı ilə başa çatsa da, "Liverpul" cavab oyununda Harveri Elliottun 13-cü dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb və növbəti mərhələyə - 1/16 finala adlayıb.
Qeyd edək ki, "Liverpul"un 1/16 finaldakı rəqibi "Brayton"dur.
Milli.Az