"Allah ağlımı başımdan almasın" - VİDEO

18 Yanvar 2023 20:29

"Həmkarlarım saç rəngləmək, qaş almaq, kiməsə artıq-əskik söz demək, "TikTok" sosial şəbəkə platformasında canlı yayım açıb xoşaqəlməz hərəkətlər etməklə gəlirlər gündəmə".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Yaşar Cəlilov "Şou xəbər" verilişinə müsahibəsində deyib.

İfaçı "qılıncını sıyırıb", görünüşünə bəzək-düzək verən sənət yoldaşlarını qınadı:

"Allah ağlımı başımdan almasın. Heç zaman saçlarıma rəng qoyub, boyatdırmaq istəmirəm. Oğul axtarıram ki, saç rəngləməklə, qaş almaqla və digər hərəkətlərlə deyil, mənim kimi bu formada qalsın".

Milli.Az