Lənkəranda bərbərxanada partlayış olub.
Milli.Az xəbər verir ki, hadisə rayonun "Ləvəngi" dairəsi adlanan ərazidə qeydə alınıb.
1995-ci il təvəllüdlü Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya girib, işıq lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə Məhərrəm İsazadə yanıq xəsarətləri alıb.
İlkin araşdırmalar zamanı partlayışın bərbərxananın yaxınlığından keçən qaz borulasından sızan qaz olduğu müyyən edilib.
Araşdırma aparılır.
Milli.Az