Ukrayna hərbi kəşfiyyatının məlumatlarına görə, Rusiya qoşunlarının Belarus ərazisindən hücum ehtimalı yaxın həftələrdə aşağı olaraq qalır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.
"Bu gün Ukrayna hərbi kəşfiyyatı Belarus ərazisində zərbə qrupunun yaradılması əlamətlərini müşahidə etmir", - deyə o bildirib.
Milli.Az