Ukraynalılar "Patriot"dan istifadəni 10 həftəyə öyrənəcək

18 Yanvar 2023 08:34

ABŞ-ın hərbi mütəxəssisləri ukraynalı zabitlərə "Patriot" hava hücumundan müdafiə sistemindən istifadəni 10 həftə ərzində öyrədəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov danışıb.

O qeyd edib ki, amerikalı tərəfdaşlar bir milyard dollara başa gələn "Patriot"dan istifadəni 10 aya yox, 10 həftə ərzində ukraynalı zabitlərə öyrədəcək.

Milli.Az