Nikiforov Ukrayna və Rusiya arasında danışıqların şərtlərini açıqladı

17 Yanvar 2023 22:17

"Ukrayna Rusiya ilə danışıqların beynəlxalq hüququn "müəyyən sayda prinsipləri" əsasında aparılacağı təqdirdə mümkünlüyünü nəzərdən keçirməyə hazırdır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Onun sözlərinə görə, "əsas, universal prinsiplər"- "Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət, qanunun aliliyi və "zərərin ödənilməsi"dir.

Milli.Az